Fırtına Vyetnamı vurdu: 12 ölü, 17 itkin
Vyetnamın mərkəzində baş verən “Bualoi” fırtınası nəticəsində azı 12 nəfər ölüb, 17 nəfər itkin düşüb.
TodayPress TV yerli KİV-ə istinadən xəbər verir ki, fırtına güclü yağışla müşayiət olunub.
Güclü külək evlərin damlarını qoparıb, elektrik enerjisində fasilələr yaranıb.
Tornadolar da qeydə alınıb.
Nicat Osman