Finlandiyada hərbi xidmətə gedənlərin sayı azalır
Finlandiyada hərbi xidmətə çağırılan gənclər ordudan kütləvi şəkildə imtina etməyə başlayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb.
2025-ci ilin yanvarında xidmətə başlayan 12 min çağırışçının mindən çoxu artıq ilk ayda ordunu tərk edib. Yay aylarına qədər bu rəqəm 2 min nəfərə çatıb, yəni ümumi çağırışçıların 16%-i xidmətə davam etməyib.
Ordudan ayrılanların 75%-i səhhətindəki problemləri əsas gətirib, 20%-i isə alternativ mülki xidmətə keçib. Gənclər hərbi həyat tərzinə uyğunlaşmağın çətin olduğunu, psixoloji problemlər yaşadıqlarını bildirirlər.
Türkan İsgəndərli