Finlandiya hərbi xərclərini artırmaq istəyir

Finlandiya hərbi xərclərini artırmaq istəyir
12.07.2025 12:45 Dünya

Finlandiya prezidenti Aleksandr Stubb NATO ölkələrinin müdafiə xərclərini artırmaq qərarını yük kimi görmür. 

TodayPress TV xəbər verir ki, o, "Sydney Morning Herald" qəzetinə müsahibəsində bu addımın yük deyil, məsuliyyətin bölüşdürülməsi olduğunu bildirib.

Prezident Finlandiyanın NATO-dan kənarda qalmasının təhlükəli olacağını deyib. 

O, həmçinin qeyd edib ki, müdafiə xərclərinin artırılması məsələsində ABŞ-nin prezidenti Donald Trampın rolu böyük olsa da, Avropa ölkələri bu qərarı öz maraqlarına əsasən veriblər.

İyunun 24–25-də Haaqada keçirilən NATO sammitində üzv ölkələr müdafiə xərclərini 2035-ci ilə qədər ÜDM-in 5%-nə qədər artırmağı hədəf götürüblər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər