Filippində zəlzələdən zərərçəkənlərə 23 milyon dollar ayrıldı
Filippin hökuməti cənub-qərb mussonu və tropik siklonlardan zərər çəkən əhaliyə 23 milyon dollar (1,4 milyard peso) humanitar yardım ayırıb.
TodayPress TV xəbər verir ki, Filippin Xəbər Agentliyinin Mülki Müdafiə İdarəsinə istinadən yaydığı məlumata görə, güclü yağışlar və təbii fəlakətlər nəticəsində ölkə üzrə təxminən 7,7 milyon insan zərər çəkib.
Hazırda 29 minə yaxın sakin təxliyə mərkəzlərində qalır. Təbii fəlakətlər nəticəsində 31 nəfər ölüb, 19 nəfər yaralanıb, 3 nəfər isə itkin düşüb.
Avqustun əvvəlindən xüsusilə Luzon adasının bir sıra ərazilərində güclü yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
Filippindəki vəziyyət regionda son həftələrdə müşahidə olunan güclü hava hadisələrinin davamıdır. İyul ayında “Bavi” tayfunu Yaponiya, Tayvan və Çinin bəzi ərazilərinə təsir göstərib, Çində 2,4 milyona qədər insan təxliyə edilib. Fırtına səbəbindən ölkənin hava limanlarında təxminən 2 800 reys təxirə salınıb.
Türkan İsgəndərli