Filippində güclü zəlzələ baş verdi
Filippində 5,5 bal gücündə zəlzələ olub.
TodayPress TV xəbər verir ki, teraltı təkanlar yerli vaxtla saat 10:38-də qeydə alınıb.
Zəlzələnin episentri Laoaq şəhərindən 9 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 49 kilometr dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib. Ölkədə sunami təhlükəsi elan olunmayıb.
Türkan İsgəndərli