Filippin sahillərində 5,7 bal gücündə zəlzələ oldu

Filippin sahillərində 5,7 bal gücündə zəlzələ oldu
12.10.2025 22:25 Dünya

Filippin sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, zəlzələnin episentri Ormok şəhərindən 63 km cənub-qərbdə olub. Təkanların ocağı 35 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər