Filippin Pekinin iddialarını rədd edir
Dünya
17.03.2026 12:16
Filippin Pekinin bütün Cənubi Çin dənizi üzərində irəli sürdüyü suverenlik iddiasını rədd edir.
TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Filippin Xarici İşlər Nazirliyinin sözçüsü Rogelio Villanueva brifinqdə deyib.
"Çinə xatırlatmaq lazımdır ki, dəniz və ərazi iddiaları birtərəfli bəyanatlar və ya sosial media paylaşımları vasitəsilə deyil, müəyyən edilmiş beynəlxalq hüquqi prosedurlar və mübahisələrin həlli mexanizmləri çərçivəsində həll olunur",- o bildririb.
Villanueva əlavə edib ki, Filippin Skarboro Şoal və Spratli arxipelaqındakı adalar üzərində "bölünməz, mübahisəsiz və uzunmüddətli suverenliyə" malikdir.
Qeyd edilib ki, bu açıqlamalar Filippin rəsmiləri ilə Maniladakı Çin səfirliyi arasında davam edən söz müharibəsinin son ifadəsidir.
Xatırladaq ki, Maniladakı Çin səfirliyi Çinin heç vaxt Cənubi Çin dənizinin bütün ərazisini öz ərazisi kimi iddia etmədiyini bildirib.
Jalə Rövşən
tag: Çin ,Filippin ,Cənubi Çin dənizi,Rogelio Villanueva,Todaypress.tv,
