Fələstin Səhiyyə Nazirliyi növbəti ölüm faktını açıqladı
29 yaşlı fələstinli Məhəmməd Nazim İzzət Zayedin Cenin şəhərinin qərbində yerləşən Əl-Yamun qəsəbəsində İsrail qüvvələri tərəfindən öldürülüb.
TodayPress TV xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, onun ölümü ilə ilin əvvəlindən bəri öldürülən fələstinlilərin sayı 71-ə çatıb.