Fedorov getdi, Zelenski hərəkətə keçdi - Orduda dəyişiklik olacaq
Ukrayna Prezidenti Volodimir Zelenski keçmiş müdafiə naziri Mixail Fedorovun vəzifədən getməsi ilə bağlı etirazlar fonunda orduda yeni qərarların hazırlanacağını bildirib.
TodayPress TV xəbər verir ki, Zelenski xalqa müraciətində son iki gün ərzində Mixail Fedorov, Aleksandr Sırski və digər rəsmilərlə bir sıra məsləhətləşmələr apardığını deyib.
Prezident bildirib ki, cəmiyyətin narahatlığını eşidir və aparılan müzakirələrin nəticəsi olaraq ordu ilə bağlı müvafiq qərarlar qəbul ediləcək.
Mixail Fedorov isə ukraynalılara göstərdikləri dəstəyə görə təşəkkür edərək, “Dəyişikliklər mütləq olacaq”, - deyə bildirib.
Kübra Musayeva