Estoniya Ukraynaya konserv göndərəcək
Estoniya hökuməti Ukrayna ordusuna yardım məqsədilə ölkədə istehsal olunan qaban ətindən konservlər almağa başlayacaq.
TodayPress TV xəbər verir ki, bu barədə "ERR" telekanalı məlumat yayıb.
Məlumata görə, Estoniyada fəal qaban ovu nəticəsində ovçular artıq əti saxlamaq üçün yer tapa bilmirlər. Bu problemi həll etmək üçün hökumət ət konservlərini alaraq Ukraynaya göndərməyi planlaşdırır.
Türkan İsgəndərli