Estoniya Rusiya və Latviya ilə sərhəd boyu uçuş qadağasını uzatdı
Estoniya Rusiya və Latviya ilə gecə saatlarında uçuşlara tətbiq edilən qadağanı cari ilin oktyabrın 23-ə qədər uzadıb.
TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bu barədə qadağa 19 sentyabrda qüvvəyə başlayaraq, sentyabrın 30-a qədər davam edəcəkdi.
"Müəyyən olunmuş vaxtlarda bütün hava vasitələrinin, o cümlədən pilotsuz uçuş aparatlarının polis və sərhəd xidmətindən xüsusi icazə olmadan həmin ərazidə uçması qadağandır", - mənbə deyib.
Aynur TAC