Estoniya Rusiya ilə sərhəd qaydalarını sadələşdirməyəcək

Estoniya Rusiya ilə sərhəd qaydalarını sadələşdirməyəcək
12.08.2025 09:52 Dünya

Estoniya Rusiya ilə sərhəddən keçmək qaydalarının sadələşdirilməsini planlaşdırmır. 

TodayPress TV xəbər verir ki, bu barədə Estoniyanın daxili işlər naziri İqor Taro bildirib.

Onun sözlərinə görə, bu mövzuda jestlər gözləməyə dəyməz.

Hazırda Rusiya-Estoniya sərhədində üç keçid məntəqəsi fəaliyyət göstərir. Belə ki, Narva yalnız gündüz açıqdır, Luhamaa və Koidula tam gün işləyir.

Qeyd edək ki, 2024-cü ilin avqustundan etibarən Estoniya sərhəddə tam gömrük nəzarəti tətbiq edib, bu da keçid zamanı gözləmə müddətini artırıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər