Əslində kim genişlənib: Rusiya, yoxsa NATO?
NATO-nun genişlənməsi mifdir. Bu, Rusiyanın yalanıdır. Budur, xəritə.
TodayPress TV xəbər verir ki, bu barədə “Jake Broe” “X” kanalında yazıb.
“İkinci Dünya müharibəsindən sonra ruslar Avropa qitəsinin yarısını hərbi yolla işğal etdilər. Öz liderlərini seçdilər, qanunlarını yazdılar. Xalqlarına amansızlıqla davrandılar və istədikləri hər şeyi əllərindən aldılar.
Sovet İttifaqı dağıldıqdan sonra uzun illər Rusiyanın hakimiyyəti altında əziyyət çəkmiş bütün bu xalqlar Rusiyadan real təhlükəsizlik və müdafiə təminatı almağa can atırdılar.
NATO-nun genişlənməsinin yeganə səbəbkarı Rusiyanın özüdür. Çünki Şərqi Avropa xalqları Rusiyanın müəyyən iqtisadi kapitalizm formasına nail olan kimi yenidən işğala məruz qalacaqlarını həmişə bilirdilər.
Bu müharibənin yeganə səbəbi Rusiya imperializmidir”.
Zəhra Məmmədova