Ermənistanın yeni Konstitusiya layihəsinin tam mətni hazırdır
Dünya
16.03.2026 15:20
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bildirib ki, ölkənin yeni Konstitusiya layihəsinin mətni artıq hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə o, nazir yanında İctimai Şuranın ilk iclasında məlumat verib.
Nazirin sözlərinə görə, layihə Mülki Müqavilə Şurası və parlament fraksiyası tərəfindən müzakirə olunacaq.
Qalyan qeyd edib ki, Konstitusiyanın mətni ən qısa zamanda dərc ediləcək və referendum seçkilərlə eyni vaxtda keçirilə bilməyəcək. Bu isə ictimaiyyətlə ünsiyyət üçün daha çox imkan yaradacaq.
Onun sözlərinə görə, məqsəd sənədin mətni ilə mümkün qədər çox vətəndaşın tanış olmasını təmin etməkdir. Eyni zamanda, müzakirələr Ədliyyə Nazirliyinin bəzi məsələlər üzrə rəyinin yenidən nəzərdən keçirilməsinə əsas ola bilər.
Xatırladaq ki, Baş nazir Nikol Paşinyan daha əvvəl bildirib ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir, çünki bu münaqişəyə səbəb ola bilər.
Türkan İsgəndərli
tag: Ermənistan,Konstitusiya,Parlament,Paşinyan,Todaypress.tv,
