Ermənistanda üç polis rəisi müavini vəzifəsindən azad edildi

Ermənistanda üç polis rəisi müavini vəzifəsindən azad edildi
25.02.2026 13:37 Dünya

Ermənistan Daxili İşlər Nazirliyi üç polis rəisi müavininin işdən çıxarıldığını təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Nazirin əmri ilə Cinayət Polisi İdarəsinin rəisi, rəis müavini Vardan Vardanyan vəzifəsindən azad olunub. Onun yerinə Artur Barseqyan təyin edilib.

Karen Hakobyanın yerinə isə ictimai polis şöbəsinin rəisi və polis rəisinin müavini vəzifəsinə Karen Xaçatryan gətirilib.

Patrul polisinin rəis müavini vəzifəsindən azad edilən şəxs Gevork Zakaryan olub.

Vəzifədən çıxarılan Vardan Vardanyan və Karen Hakobyan nazirin müşaviri, Artur Xudinyan isə nazirin köməkçisi təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyində bir sıra işdən çıxarılmalarla bağlı məlumatlar bir gün əvvəl sosial mediada yayılıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər