Ermənistanda parlament seçkiləri 12 milyona başa gələcək
Dünya
24.02.2026 17:01
Ermənistanda qarşıdan gələn parlament seçkilərinin təxminən 12 milyon ABŞ dollarına başa gələcəyi açıqlanıb.
TodayPress TV xəbər verir ki, müvafiq xərclər smetasını Mərkəzi Seçki Komissiyası çərşənbə axşamı yayımlayıb.
Məlumata görə, ümumi xərclər 4 milyard 451 milyon 688 min dram (təxminən 12 milyon dollar) təşkil edəcək. Bunun 1 milyard 800 milyon 296 min dramı isə məntəqə seçki komissiyaları üzvlərinin əməkhaqqına ayrılıb.
Mərkəzi Seçki Komissiyası, həmçinin seçkilərdə iştirak edən partiya və blokların namizəd siyahılarının qeydiyyatı üçün zəruri olan sənədlərin tipik formalarını da təsdiqləyib.
Qərar Konstitusiya qanunu olan “Seçki Məcəlləsi”nə uyğunlaşdırılıb. Həmin qanuna əsasən, Milli Assambleyaya növbəti seçkilər zamanı partiya və ya blok seçki siyahısında ilk 30 namizədi qurultayın yekunu üzrə qəbul edilən qərarla təsdiqləməlidir.
Qiymət Mahir
tag: ABŞ dolları,Ermənistan,Seçki,Paşinyan,TodayPress TV,
