Ermənistan parlamentində siyasi məhbuslarla bağlı dinləmələr keçirildi
Dünya
26.11.2025 13:43
Ermənistanda 60-dan çox siyasi məhbusla bağlı parlamentdə dinləmələr keçirilir.
TodayPress TV "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Ermənistan Milli Assambleyasında “Ermənistanda siyasi məhbusların olması və onların hüquqlarının bərpası” mövzusu müzakirə edilib.
Fraksiya rəhbəri Seyran Ohanyan dinləmədə ölkədə demokratiya və söz azadlığının gerilədiyini, bunun dövlətin əsaslarını sarsıtdığını bildirib.
O, hökumətin siyasi rəqiblərə qarşı təzyiq göstərdiyini, uydurma cinayət işləri qaldırdığını və müstəqil mediaya qarşı təqiblərin artdığını vurğulayıb.
Fraksiyanın digər nümayəndəsi Elinar Vardanyan Ermənistanda 60-dan çox şəxsin siyasi motivli təqibə məruz qaldığını, onlardan təxminən 40-nın həbsdə olduğunu deyib. Onun sözlərinə görə, hakimiyyət öz mövqeyini qorumaq üçün cəmiyyətdə qorxu mühiti formalaşdırır və insan hüquqlarının müdafiəsi mexanizmləri faktiki olaraq işləmir.
Jalə Rövşən
tag: Ermənistan ,Siyasi məhbus,Müzakirə,Parlament ,Todaypress.tv,
