Ermənistan parlamenti Karapetyanın şirkətinin milliləşdirilməsini dəstəklədi

Ermənistan parlamenti Karapetyanın şirkətinin milliləşdirilməsini dəstəklədi
02.07.2025 12:16 Dünya

Ermənistan parlamenti biznesmen Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdirilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.

TodayPress TV xəbər verir ki, "TASS"ın məlumatına görə, qanun layihəsinin lehinə 65 deputat səs verib, 30 nəfər isə əleyhinə çıxıb. Parlamentin sədri Alen Simonyan qərarın qəbul edildiyini açıqlayıb.

Xatırladaq ki, rusiyalı milyarder, “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan iyunun 18-nə keçən gecə İrəvanda saxlanılıb. 

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər