Ərdoğan: "Trampla görüşüm çox məhsuldar keçdi"

Ərdoğan: "Trampla görüşüm çox məhsuldar keçdi"
29.09.2025 21:50 Dünya

"Sentyabrın 25-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüm çox məhsuldar keçdi".

TodayPress TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra xalqa müraciətində deyib.

O bildirib ki, görüşdə bir çox məsələ müzakirə olunub: "100 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmaq üçün birlikdə atacağımız addımları müzakirə etdik. İsrailin artan hücumları, Rusiya-Ukrayna müharibəsi və regiondakı hadisələr də gündəlikdə idi".

Ərdoğan müsbət keçən görüşün nəticələrinin yaxın zamanda özünü göstərəcəyini vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər