Ərdoğan Pezeşkianla regional prosesləri müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon görüşməsi keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sosial şəbəkə hesabında paylaşım edilib.
Məlumata görə, görüşdə Türkiyə-İran ikitərəfli münasibətləri, eləcə də regional və qlobal proseslər müzakirə olunub.
Prezident Ərdoğan söhbət zamanı regiondakı münaqişə prosesi səbəbindən bayramı kədərlə qarşıladıqlarını, lakin İran xalqının bu çətin günləri geridə qoyacağına və əmin-amanlığa qovuşacağına inandığını ifadə edib.
Türkiyə olaraq sülh və sabitliyin təmin edilməsi üçün qardaş ölkələrlə birlikdə çalışdıqlarını qeyd edən Ərdoğan, danışıqların müsbət nəticələnməsi üçün hər cür dəstəyi verməyə davam edəcəklərini vurğulayıb.
Türkiyə lideri, həmçinin İran Prezidentini Qurban Bayramı münasibətilə təbrik edib.
Aysel Mətləb