Ərdoğan F-16-ların yerləşdiriləcəyi ölkəni açıqladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammitində çıxışı zamanı bildirib ki, Türkiyənin F-16 qırıcıları avqust ayından etibarən NATO-nun hava patrulu missiyası çərçivəsində Estoniyada yerləşdiriləcək.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Ərdoğan həmçinin qeyd edib ki, Türkiyənin 2025-ci ilin oktyabr ayında üzərinə götürdüyü NATO-nun Kosovodakı KFOR sülhməramlı missiyasına komandanlığı 2026-cı ilin sentyabr ayının sonunadək davam edəcək.