Əraqçi: ''İran nüvə proqramında hərbi yol yoxdur''
"İranın dinc nüvə proqramı ilə bağlı hərbi həlli mövcud deyil"
TodayPress TV xəbər verir ki, bunu İranın Xarici İşlər Naziri Abbas Əraqçi bildirib.
"Tehran hər hansı narahatlıq və suallara cavab verməyə hazırdır, lakin dinc məqsədli nüvə texnologiyalarından istifadə hüququndan imtina etməyəcək. Bu dəfə daha ehtiyatlıyıq və müəyyən narahatlıqlarımız var. Amma ABŞ tərəfi ciddi şəkildə həll yolu tapmaq niyyətindədirsə, razılaşma mümkündür”,- XİN rəsmisi vurğulayıb.
Aynur TAC