Əfsanəvi aktyor vəfat etdi
Məşhur aktyor Robert Karradin 71 yaşında intihar edib.
TodayPress TV xəbər verir ki, aktyora bipolyar pozğunluq diaqnozu qoyulub və bu səbəbdən də, o intihar edib.
Aktyor ilk dəfə 1972-ci ildə Con Ueynlə birlikdə "Kovboylar" filmində rol alıb. Daha sonra Hal Aşbinin “Oskar” mükafatı qazanan "Evə qayıdış" filmində rol alıb, Martin Skorseze ("Mean Streets") ilə əməkdaşlıq edib.
Aynur TAC