Əfqanıstan Pakistanın nüvə obyektinə zərbə endirdi

Əfqanıstan Pakistanın nüvə obyektinə zərbə endirdi
27.02.2026 15:04 Dünya

Əfqanıstanın silahlı qüvvələrinin Pakistanın nüvə obyektinə hücum etdiyi bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə “Ariana News” məlumat yayıb.

Məlumata görə, Xeybər Paxtunxva əyalətinin Kokal rayonunda yerləşən hərbi mərkəzə və daha bir nüvə obyektinə endirilən zərbələrdən sonra çox sayda yaralı İslamabad xəstəxanalarına təxliyə olunub.

Öz növbəsində Pakistan qüvvələrinin Paktika əyalətinin Barmal rayonuna zərbə endirdiyi bildirilir.

Bundan əvvəl Pakistan Hərbi Hava Qüvvələri Kabil, Qəndəhar və digər şəhərlərdə strateji hərbi infrastruktur və silah-sursat anbarlarına aviazərbələr endirib.

Qeyd edək ki, Əfqanıstanın hərbi hava qüvvələrinin mövcud olmadığı bildirilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər