Əfqanıstan: Beynəlxalq tanınma üçün bütün şərtlər yerinə yetirilib
Əfqanıstanın informasiya və mədəniyyət naziri Xayrulla Xayrxva bildirib ki, İslam Əmirliyinin beynəlxalq səviyyədə tanınması üçün lazım olan bütün şərtlər artıq yerinə yetirilib.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, nazir bu açıqlamanı 2020-ci ildə Dohada əldə olunan sülh razılaşmasına əsaslanaraq verib.
Onun sözlərinə görə, rəsmi tanınma ölkəyə xarici sərmayələrin cəlb olunmasına və iqtisadi inkişafın sürətlənməsinə töhfə verəcək.
Qiymət Mahir