Efiopiyada marburq virusundan ölənlərin sayı 5-ə çatdı

Dünya

24.11.2025 08:33

Efiopiyada marburq virusu səbəbindən ölənlərin sayı 5-ə yüksəlib. Xəstəliyin ölüm göstəricisi hazırda 50 faizdir.

TodayPress TV xəbər verir ki, iki yeni yoluxma təsdiqlənib və bununla ümumi xəstə sayı 10-a çatıb.

İndiyədək 53 şübhəli nümunə laboratoriyada araşdırılıb, yoluxan beş nəfər isə xəstəxanada müalicə alır.

Ölkədə ilk marburq hadisəsi noyabrın 14-də Cinka şəhərində qeydə alınıb. Afrika Xəstəliklərə Nəzarət Mərkəzi Cənubi Sudan və Keniya istiqamətində mümkün sərhəd yoluxması ilə bağlı xəbərdarlıq edib və regionun hazırlığının gücləndirilməsini vacib sayıb.

Marburq virusu Ebola ailəsinə aid, yüksək yoluxucu və ağır gedişatlı xəstəlikdir. Əlamətlər – yüksək hərarət və güclü baş ağrısı bir həftə ərzində üzə çıxır.

Qiymət Mahir

tag: Efiopiya,Ebola,Cinka,Virus,Todaypress.tv,