Dünyanın diqqətini çəkən çəhrayı göl qorunacaq - Tokayevdən QƏRAR

Dünyanın diqqətini çəkən çəhrayı göl qorunacaq - Tokayevdən QƏRAR
19.07.2026 07:42 Dünya

Qazaxıstanda Akmola vilayətində yerləşən Kobeytuz gölünə xüsusi mühafizə olunan təbiət ərazisi statusu veriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tapşırıq verib.

Bildirilib ki, bunun üçün “Buyratau” Milli Parkının sərhədləri genişləndiriləcək və Kobeytuz gölünün akvatoriyası da parkın tərkibinə daxil ediləcək.

Qeyd edək ki, Kobeytuz gölü qeyri-adi çəhrayı rəngi ilə tanınır və Qazaxıstanın məşhur təbii turizm məkanlarından biri hesab olunur.

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər