Dunayda nadir hadisə baş verdi: Mütəxəssislər xəbərdarlıq etdi
Dunay çayında suyun səviyyəsinin tarixi minimuma enməsi fonunda nadir təbiət hadisəsi - “su şeytanı” görüntülənib.
TodayPress TV xəbər verir ki, hadisə Macarıstanın Ratskeve şəhəri yaxınlığında baş verib. Meşə təsərrüfatı əməkdaşı Tot Peter əvvəlcə kiçik toz burulğanını müşahidə edib. Burulğan çayın üzərinə çatdıqda su damcılarını havaya qaldıraraq su üzərində qeyri-adi görüntü yaradıb.
Mütəxəssislər bildirirlər ki, “su şeytanı” adətən su səthində yaranan kiçik burulğanlara deyilir. Onlar tornado qədər güclü olmasa da, xüsusilə kiçik qayıqlar üçün təhlükə yarada bilər.
Hadisənin baş verdiyi dövrdə Dunayda son onilliklərin ən ciddi su azalmasından biri müşahidə olunur.
Kübra Musayeva