Dəhşətli zəlzələ hər şeyi dəyişdi: ABŞ Venesuelaya qapı açdı

Dəhşətli zəlzələ hər şeyi dəyişdi: ABŞ Venesuelaya qapı açdı
26.06.2026 12:49 Dünya

ABŞ Maliyyə Nazirliyi Venesuelada zəlzələdən zərər çəkənlərə yardım göstərilməsi ilə bağlı əməliyyatlara icazə verən xüsusi lisenziya verib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.

Məlumata görə, oktyabrın 23-dək Venesuelada təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün zəruri olan və normal şəraitdə ABŞ sanksiyalarına məruz qala biləcək bütün əməliyyatlara icazə veriləcək.

Qeyd edək ki, Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Fəlakət nəticəsində Karakasda yaşayış binaları dağılıb və ciddi ziyan görüb, Simon Bolivar adına Mayketiya Beynəlxalq Hava Limanının terminalının damının bir hissəsi çöküb, bütün reyslər ləğv edilib. Ölkədə fövqəladə vəziyyət elan olunub.

Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqesin sözlərinə görə, zəlzələ nəticəsində həlak olanların sayı 188 nəfərə çatıb, 1520 nəfər yaralanıb. Bundan başqa, 37 mindən çox insan itkin düşmüş hesab olunur.

ABŞ ekspertləri ölənlərin sayının 10 mini keçə biləcəyini istisna etmirlər.

Qiymət Mahir

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər