Danimarkada növbədənkənar seçkilər keçiriləcək
Dünya
26.02.2026 22:10
Danimarkanın Baş naziri Mette Frederiksen ölkədə gələn ay növbədənkənar seçkilərin keçiriləcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə, o, Kopenhagendə parlamentin plenar iclasında bildirib.
Onun sözlərinə görə, parlamentin hazırkı müddətinin başa çatmasına bir ildən az vaxt qalsa da, növbədənkənar seçki qərarı verilib. Seçkilərin normal qaydada oktyabrın 31-dən gec olmayaraq keçirilməsi planlaşdırılırdı.
Məlumata əsasən, qərar ABŞ-də keçirilən prezident seçkilərindən sonra hakim sosial-demokratların dəstəyinin artması və ABŞ Prezidenti Donald Tramp tərəfindən Qrenlandiyanın ilhaqı ilə bağlı səsləndirilən sərt bəyanatlarla bağlı ola bilər.
Frederiksen çıxışında Kopenhagen və Vaşinqton arasında münasibətlərdə gərginliyə toxunaraq bildirib ki, müvəqqəti hökumət mart seçkilərinədək ayıq-sayıq olacaq. O qeyd edib ki, Qrenlandiya ətrafında mübahisə hələ başa çatmayıb və hökumət Danimarkanın maraqlarını qorumaqda davam edəcək.
Aysel Mətləb
tag: Danimarka,Seçki,Növbədənkənar,Prezident,Todaypress.tv,
