Daha bir ölkə Rusiya qazından tam imtina edəcək

Daha bir ölkə Rusiya qazından tam imtina edəcək
14.10.2025 17:15 Dünya

İspaniyanın “Enagas” şirkəti 2027-ci ilə qədər Rusiyanın mayeləşdirilmiş təbii qazından istifadəni dayandırmağa hazırdır.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru Arturo Qonzalo deyib.

Məlumata görə, həcmlər ABŞ-dən gələn qazla əvəzlənəcək.

Onun sözlərinə görə, “Enagas”ın infrastrukturu ona 2027-ci ildə Rusiya qazından uzaqlaşmağa imkan verir:

“Avropa Rusiyaya qarşı sanksiyalarında ambisiya səviyyəsini artırmalıdır. İspaniya texniki cəhətdən Rusiya qazı olmadan işləməyə hazırdır”.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər