Çin Pakistan və Əfqanıstanı atəşkəsə çağırır

Çin Pakistan və Əfqanıstanı atəşkəsə çağırır
28.02.2026 00:02 Dünya

Çin Pakistanla Əfqanıstan arasında münaqişənin gərginləşməsindən dərin narahatlıq keçirir və hər iki tərəfi mümkün qədər tez atəşkəsə nail olmağa çağırır. 

TodayPress TV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq məlumat verib. 

O bildirib ki, Çin hadisələri diqqətlə izləyir. 

“Pakistan və Əfqanıstan ayrılmaz qonşular, eləcə də Çinin qonşu ölkələridir”, - deyə diplomat vurğulayıb. 

Mao Ninq döyüşlərin hazırkı mərhələsinin əvvəlkilərdən daha gərgin olduğunu və hər hansı bir davam etmə və ya eskalasiyanın hər iki tərəf üçün daha çox ziyana və itkiyə səbəb olacağını qeyd edib. 

O hər iki tərəfi sakitliyə və təmkinli olmağa, eləcə də fikir ayrılıqlarını dialoq və danışıqlar yolu ilə düzgün həll etməyə çağırıb. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər