Çin kosmik gəmisi orbitə buraxıldı
Çin "Shenzhou-22" adlı pilotlu kosmik gəmisini Tianqonq kosmik stansiyasına göndərib.
TodayPress TV xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.
"Shenzhou-22" kosmik gəmisini daşıyan "CZ-2F/G" raketi noyabrın 25-də Çinin şimal-qərbindəki "Jiuquan" peyk buraxılış mərkəzindən orbitə buraxılıb.
Qeyd edək ki, "Shenzhou-22"nin göyərtəsində ekipaj yoxdur, gəmi "Shenzhou-20" missiyasının ekipajının Yerə qayıtmaq üçün istifadə etdiyi "Shenzhou-21"i əvəz etmək üçün nəzərdə tutulub.
Aysel Mətləb