Çin İsraildəki vətəndaşlarını ehtiyat tədbirləri görməyə çağırır

Dünya

27.02.2026 20:50

Çin Yaxın Şərqdə təhlükəsizlik risklərinin artması fonunda İsraildəki vətəndaşlarına yüksək hazırlıqlı olmağı tövsiyə edib. 

TodayPress TV xəbər verir ki, bu barədə Çinin İsraildəki səfirliyinin açıqlamasında bildirilib. 

“İsraildəki Çin vətəndaşlarına İsrail hökuməti tərəfindən verilən hadisələri və təhlükəsizlik xəbərdarlıqlarını diqqətlə izləmək, yüksək hazırlıqlı olmaq, təhlükəsizlik tədbirlərini və fövqəladə hallara hazırlığı artırmaq, lazımsız səyahətlərdən çəkinmək, yaxınlıqdakı bomba sığınacaqları, təxliyə yolları ilə tanış olmaq və şəxsi əşyaların, əmlakın təhlükəsizliyini təmin etmək tövsiyə olunur. İsrailin əksər hissəsi hazırda səyahət üçün "narıncı" (yüksək riskli), şimal sərhədi və Qəzza yaxınlığındakı ərazi isə "qırmızı" (son dərəcə yüksək riskli) kimi təsnif edilir”, - deyə açıqlamada qeyd olunub. 

Aysel Mətləb

TodayPress TV

tag: Çin,İsrail,Ehtiyat,Tədbir,Todaypress.tv,