Cənubi Koreyada prokurorluq ləğv ediləcək
İctimai tənqidlərdən sonra Cənubi Koreya hakimiyyəti 2026-cı ilin oktyabrında prokurorluğu ləğv edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “Yonhap” yazıb.
"Cənubi Koreya Nazirlər Kabineti prokurorluğun ləğvini nəzərdə tutan hökumətin yenidən təşkili haqqında qanun layihəsini təsdiqləyib", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, hakimiyyət prokurorluq orqanlarını əvəz edəcək iki ayrı qurum yaradacaq. Onlar ayrı-ayrılıqda istintaq və ittiham aktları ilə məşğul olacaqlar.
Nəşrin müəlliflərinin bildirdiyinə görə, bu qərar ictimaiyyətin prokurorluğu tənqid etməsindən, qurumun siyasi motivli araşdırmalara başlamaqla səlahiyyət həddini aşdığını iddia etdikdən sonra verilib.
Jalə Rövşən