Cənubi Koreyada 1300-dən çox mavi tuna balığı dənizə qaytarıldı

Cənubi Koreyada 1300-dən çox mavi tuna balığı dənizə qaytarıldı
14.07.2025 18:30 Dünya

Cənubi Koreyada balıqçılar təsadüfən tutduqları 1300-dən çox Sakit okean mavi tuna balığını dənizə buraxmağa məcbur olublar.

TodayPress TV xəbər verir ki, "South China Morning Post"un məlumatına görə, qiymətli balıqlar (100–150 kq çəkidə, 1,5 metrə qədər uzunluqda) skumbriya və kalmar ovu zamanı tora düşüb.

Lakin balıqçılar balıqları saxlaya bilməyiblər, çünki Yondok bölgəsində illik tuna kvotası artıq doldurulub.

Mavi tuna nəsli kəsilməkdə olan növ kimi qorunur və onun ovlanmasına ciddi məhdudiyyətlər tətbiq olunur. Cənubi Koreya qanunvericiliyinə əsasən, kvotanı aşan balıqçılar iki ilə qədər həbs cəzası ala bilər.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər