Cənubi Koreya parlamenti yeni Baş naziri təsdiqlədi

Cənubi Koreya parlamenti yeni Baş naziri təsdiqlədi
03.07.2025 18:15 Dünya

Cənubi Koreyanın Milli Assambleyası Kim Min Sokun ölkənin yeni Baş naziri təyin edilməsini təsdiqləyib.

TodayPress TV xəbər verir ki, səsvermə müxalifətdəki Vətəndaş Gücü Partiyasının iştirak etmədiyi şəraitdə baş tutub.

Kim Min Sokun namizədliyinə 173 deputat lehinə, 3 deputat isə əleyhinə səs verib. Daha 3 bülleten isə etibarsız hesab edilib. Prosesdə yalnız hakim Demokratik Birləşmiş Partiyasının (UDP) və bir neçə kiçik partiyanın üzvləri iştirak edib.

Yeni Baş nazirin əsas prioriteti "iqtisadi böhranı aradan qaldırmaq" və "tiranlıq qüvvələri" ilə mübarizə olacaq.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər