Cənubi Koreya hərbi hazırlığa başladı: 500 min dron operatoru yetişdiriləcək

Cənubi Koreya hərbi hazırlığa başladı: 500 min dron operatoru yetişdiriləcək
26.06.2026 08:34 Dünya

Cənubi Koreya Silahlı Qüvvələrində təxminən 500 min hərbçiyə pilotsuz uçuş aparatlarını (PUA) idarə etmək üzrə təlim keçilməsi planlaşdırılır.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri An Kyu-bak brifinq zamanı məlumat verib.

Onun sözlərinə görə, məqsəd yerli dron sənayesini inkişaf etdirmək və 500 min dron operatoru hazırlamaqdır.

Nazir bildirib ki, gələcəkdə dronlar yalnız ixtisaslaşmış bölmələrin istifadə etdiyi vasitə deyil, hər bir əsgərin ikinci şəxsi silahı kimi tətbiq olunmalıdır.

An Kyu-bakın sözlərinə görə, 2026-cı ilin sonunadək qoşunlara təlim məqsədilə təxminən 11 min pilotsuz uçuş aparatı veriləcək. Bu göstəricinin 2029-cu ilədək 60 minə çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Cənubi Koreya hökuməti bu planları ilk dəfə 2025-ci ilin ikinci yarısında açıqlamışdı. 2025-ci ildə ölkə Silahlı Qüvvələrinin aktiv heyətinin sayı təxminən 450 min nəfər olub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər