Cənubi Koreya "Apache" helikopterlərindən imtina edir

Cənubi Koreya "Apache" helikopterlərindən imtina edir
11.07.2025 12:35 Dünya

Cənubi Koreya ABŞ-dən əlavə "Boeing AH-64E Apache Guardian" hücum helikopterlərinin alınmasından imtina edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Defense News" nəşri məlumat yayıb.

Qeyd olunur ki, 36 ədəd helikopterin satışı üzrə təxminən 3,5 milyard dollarlıq müqavilə ötən ilin avqustunda təsdiqlənsə də, Seul 2025-ci ilin iyulunda təklifi rədd edib.

Cənubi Koreya 2016–2017-ci illərdə eyni sayda "Apache" helikopteri əldə etmişdi və onlar əsasən Şimali Koreyanın sürətli hücum katerləri və zirehli texnikasına qarşı nəzərdə tutulmuşdu.

Lakin ölkənin Milli Assambleyasının Müdafiə Komitəsi Ukrayna müharibəsindəki təcrübəni əsas gətirərək, vəsaitin daha aktual hərbi sahələrə – xüsusilə dron sistemlərinə yönəldilməsini tövsiyə edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər