ABŞ ordusu İranın 90 hərbi obyektini vurdu - VİDEO
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana endirilən zərbələrin görüntülərini və əməliyyatın nəticələrinə dair rəsmi hesabatını yayımlayıb.
TodayPress TV xəbər verir ki, paylaşımda əməliyyat zamanı həyata keçirilən zərbələrin kadrları yer alıb.
Qurumun məlumatına görə, əməliyyat zamanı İranın sahil xətti boyunca yerləşən təxminən 90 hərbi obyekt, o cümlədən hava hücumundan müdafiə sistemləri, raket və pilotsuz uçuş aparatlarının saxlanc məntəqələri, hərbi-dəniz qüvvələri və hərbi-logistika infrastrukturu hədəfə alınıb.
Görüntüləri təqdim edirik:
Türkan İsgəndərli