CENTCOM: 108 gəminin marşrutu dəyişdirilib
ABŞ İrana qarşı tətbiq edilən dəniz blokadası çərçivəsində bu günə qədər 108 gəminin marşrutunu dəyişdirib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyanat yayıb.
Aprelin 13-də başlayan blokada ilə bağlı son məlumatlar paylaşılıb.
Bəyanatda qeyd olunub ki, ABŞ Hərbi Dəniz Qüvvələri İrana qarşı dəniz blokadası çərçivəsində İran limanlarına daxil olmağa və ya bu limanlardan çıxmağa cəhd edən 108 kommersiya gəmisinin istiqamətini dəyişdirib.
Aysel Mətləb