"CBS News": Xamenei oğlunu ölkəni idarə etməyə uyğun saymırdı
Dünya
15.03.2026 20:25
İranın keçmiş Ali lideri Əli Xamenei oğlu Müctəba Xameneini ölkəni idarə etmək üçün uyğun namizəd hesab etmirmiş.
TodayPress TV xəbər verir ki, bu barədə "CBS News" ABŞ kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Əli Xamenei oğlunu “kifayət qədər ağıllı olmayan” və ölkəyə rəhbərlik etmək üçün uyğun fiqur hesab etmirdi. O, həmçinin Müctəbanın şəxsi həyatındakı problemlərdən də xəbərdar idi.
"CBS"in məlumatına görə, Müctəba Xamenei barədə toplanmış məlumatlar ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Ceyms Devid Vens və digər yüksək vəzifəli amerikalı rəsmilərə təqdim olunub.
Bildirilib ki, Tramp şəxsi söhbətlərində bu məlumatların əhəmiyyətinə şübhə ilə yanaşıb və İranın faktiki olaraq rəhbərsiz qaldığını düşündüyünü deyib.
15 martda Tramp Müctəba Xameneinin sağ olub-olmaması ilə bağlı da şübhə ifadə edib və onun üçün ən ağıllı addımın təslim olmaq olacağını bildirib.
Qiymət Mahir
tag: Tramp ,Müctəba Xamenei,ABŞ ,Ceyms Devid Vens,TodayPress TV,
