Camış sürüsü yoldaşlarını 17 şirin əlindən aldı VİDEO

Dünya

26.02.2026 19:30

Cənubi Afrikada camış sürüsü bir camışı 17 şirin hücumundan xilas edib.

TodayPress TV "Lenta.ru"ya istinadən xəbər verir ki, hadisə Cənubi Afrikanın Kruger Milli Parkında baş verib.

Şahid tərəfindən lentə alınan görüntülər "Latest Sightings" adlı YouTube kanalında yayımlanıb.

Sürüdən ayrı düşən bir camış 17 şir tərəfindən mühasirəyə alınmışdı. Onların hamısı eyni anda hücum etməsə də, heyvanın qaçmağa demək olar ki, imkanı yox idi. Camış bir yırtıcıdan digərinə doğru qaçmağa çalışır, yerində vurnuxur və çarəsiz halda bağırırdı.

Onun çıxardığı səslər digər camışların diqqətini cəlb edib. Bir neçə camış ehtiyatla şirlərə doğru yaxınlaşanda yaralı heyvan fürsətdən istifadə edərək sürüyə tərəf qaçmağa müvəffəq olub. Məhz bu məqam onun xilası ilə nəticələnib. Şirlər əvvəlcə onu təqib etməyə cəhd göstərsələr də, digər camışların həddindən artıq yaxınlaşmasından çəkinərək geri çəkiliblər.

Nəticədə camış sürünün köməyi ilə xilas olub.


Jalə Rövşən

TodayPress TV 

tag: Camış ,Cənubi Afrika,Şir ,Hücum ,Todaypress.tv,