Bu Çin smartfonları bahalaşacaq

Bu Çin smartfonları bahalaşacaq
27.02.2026 11:19 Dünya

Rusiyada Çin istehsalı olan smartfonların qiymətlərinin artacağı ilə bağlı xəbərdarlıq edilib.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə  "Cailian" məlumat yayıb. 

Məlumata görə, yaddaş çiplərinin qiymətinin kəskin bahalaşması səbəbindən Çin istehsalçıları cihazların satış qiymətlərini artırmağı planlaşdırırlar. Bildirilir ki, smartfon yaddaş çiplərinin qiyməti illik müqayisədə 80 faiz artıb və bu artımın davam edəcəyi gözlənilir.

Qeyd edilib ki, Oppo, OnePlus, Vivo, Xiaomi və Honor şirkətləri mart ayının əvvəlindən etibarən qiymət artımına gedə bilərlər.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər