Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
Böyük Britaniya Rusiyaya qarşı tətbiq edilən sanksiyalar siyahısını genişləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb.
Sanksiya siyahısına "Transneft", "Fora-Bank", "Ak Bars Bank", "Absolyut Bank" və "Rosatom Enerji Layihələri" Səhmdar Cəmiyyəti əlavə edilib.
Rusiya ilə yanaşı, Çin və BƏƏ-ni də təmsil edən 240 şirkət, həmçinin 7 fiziki şəxs və 50 gəmi sanksiya siyahısına daxil edilib.