Britaniya Rusiyaya məxsus iki gəmini izləyir
Dünya
24.11.2025 10:43
Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın “Stoikiy” adlı korveti və tanker gəmisi ölkə sahilləri yaxınlığında aşkarlanıb.
TodayPress TV xəbər verir ki, məlumata görə, Britaniyanın “HMS Severn” patrul gəmisi iki həftə ərzində Rusiya gəmilərinin Dover boğazından və qərb istiqamətində hərəkətini müşahidə edib.
Daha sonra izləmə prosesi NATO müttəfiqinə təhvil verilib, “HMS Severn” isə uzaqdan monitorinqi davam etdirir. Həmçinin Böyük Britaniyanın NATO missiyası çərçivəsində Şimali Atlantika və Arktikada müşahidə fəaliyyətini gücləndirmək üçün İslandiyaya üç “Poseidon” nəzarət təyyarəsi göndərdiyi bildirilib.
Rusiya səfirliyi Londona etiraz edərək, Böyük Britaniyanı “militarist isteriyanı artırmaqda” ittiham edib və gərginliyin artmaması üçün məsuliyyətli davranmağa çağırıb.
Türkan İsgəndərli
tag: Britaniya,Rusiya,Tanker,Gəmi,Todaypress.tv,
