Britaniya İsrailə lazımsız səyahətlərdən çəkinməyi tövsiyə etdi

Britaniya İsrailə lazımsız səyahətlərdən çəkinməyi tövsiyə etdi
27.02.2026 22:20 Dünya

Britaniya Xarici İşlər Nazirliyi regionda vəziyyətin gərginləşməsi səbəbindən İsrail və Fələstinə bütün zəruri olmayan səyahətlərdən çəkinməyi tövsiyə edir. 

TodayPress TV xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib. 

“Xarici İşlər, Birlik və İnkişaf Nazirliyi hazırda İsrail və Fələstinə vacib olmayan bütün səyahətlərə qarşı tövsiyələr verir”, - deyə məlumatda bildirilib. 

Bəyanatda həmçinin qeyd olunub ki, Britaniya hakimiyyəti ehtiyat tədbiri olaraq Təl-Əvivdəki bir neçə səfirlik işçisini və onların qohumlarını müvəqqəti olaraq İsraildəki başqa bir yerə köçürüb.  

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər