Britaniya baş naziri: “Putinin ambisiyaları Ukrayna ilə məhdudlaşmır”
Dünya
25.11.2025 17:48
Böyük Britaniyanın baş naziri Keir Starmer Rusiya Prezidenti Vladimir Putinin hədəflərinin yalnız Ukrayna ilə məhdudlaşmadığını bildirib.
TodayPress TV xəbər verir ki, "Sky News"un məlumatına görə, Starmer Rusiyanın fəaliyyəti və bölgədəki davranışlarının bütün Avropa üçün təhlükə yaratdığını vurğulayıb.
“Putinin ambisiyaları təkcə Ukrayna ilə məhdudlaşmır və onunla sərhəddi olan ölkələr bunu yaxşı anlayır”, – baş nazir deyib.
Xatırladaq ki, bundan əvvəl Vladimir Putin Slovakiyanın baş naziri Robert Fiko ilə görüşündə Qərbin Rusiyanın Avropaya hücum edəcəyi barədə fikirlərini “qorxu filmi ssenariləri” adlandırmışdı. O, Rusiyanın heç vaxt heç bir ölkəyə hücum etməyi planlaşdırmadığını və bu cür bəyanatların təxribat xarakteri daşıdığını bildirmişdi.
Rusiya XİN rəhbəri Sergey Lavrov da son açıqlamasında Moskvanın gələcək təhlükəsizlik təminatlarında Aİ və NATO-ya qarşı təcavüz etməyəcəyi barədə müddəaya hazır olduğunu deyib.
Jalə Rövşən
tag: Böyük Britaniya,Vladimir Putin,Ukrayna ,Keir Starmer,Todaypress.tv,
