Braziliyanın sabiq prezidenti ev dustaqlığından qaçmağa çalışdı

Dünya

23.11.2025 11:25

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru etiraf edib ki, ev dustaqlığında olarkən ona taxılan elektron qolbağı lehim aləti ilə açmağa cəhd edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bolsonaru öz hərəkətlərinin səbəbini izah etməyib. Asayiş keşikçiləri cihazda ciddi zədələr aşkarlayaraq onu əvəzləyiblər.

Braziliya Ali Məhkəməsi siyasətçinin vəkillərinə bu qanun pozuntusunun izahı üçün bir sutka vaxt verib.

Xatırladaq ki, Bolsonaru noyabrın 22-də həbs edilib. Braziliya Ali Məhkəməsi sabiq prezidenti hərbi qüvvələrin iştirakı ilə hazırkı Prezident Lula da Silvaya qarşı sui-qəsd təşkil etməkdə təqsirli bilib. Sentyabrın 12-də Bolsonaru dövlət çevrilişinə cəhd etdiyinə görə 27 il 3 ay müddətinə həbs cəzasına məhkum edilib.

Türkan isgəndərli

TodayPress TV

tag: Braziliya,Bolsonaru,Elektron qolbaq,Həbs,Todaypress.tv,