Braziliyanın keçmiş prezidenti reanimasiyaya yerləşdirildi

Dünya

14.03.2026 10:12

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro sətəlcəm xəstəliyi səbəbilə xəstəxanaya yerləşdirilib və hazırda reanimasiya şöbəsində müalicə olunur.

TodayPress TV xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Həkimi bildirib ki, 70 yaşlı Bolsonaronun vəziyyəti ağırdır.

Bolsonaronun böyük oğlu Flavio Bolsonaro isə "X" sosial şəbəkəsində atasının titrəmə və qusma ilə oyandıqdan sonra həbsxanadan xəstəxanaya aparıldığını yazıb.

Qeyd edək ki, Jair Bolsonaro ötən il Braziliya Ali Məhkəməsinin hakimlər kollegiyası tərəfindən dövlət çevrilişinə cəhddə təqsirli bilinərək 27 il həbs cəzasına məhkum edilib. Onun ailəsi isə dəfələrlə məhkəmədən cəzanın ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Braziliya,Prezident,Sətəlcəm,Jair Bolsonaro,Todaypress.tv,